Böyükşor şossesində baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB Hadisə

Böyükşor şossesində baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB

Binəqədi rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyətləri açıqlanıb.

TƏBİB-dən “Report”un yerli bürosuna verilən məlumata görə, təcili tibbi yardım briqadası tərəfindən 3 nəfərin (hər biri kişi cinsli) müraciəti qeydə alınıb. 2 nəfərə yerində ilkin tibbi xidmət göstərilib, 1 nəfər isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Sağ əlin sınığı, döş qəfəsinin küt travması diaqnozu təyin edilən şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

2025-08-25 16:46

Böyükşor şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosunun məlumatına görə, yük avtomobili BMW markalı minik maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını aşıb.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilib.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.