Tramp Kim Çen Inla görüşməyi planlaşdırır Dünya

Tramp Kim Çen Inla görüşməyi planlaşdırır

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla “nə vaxtsa” görüşəcəyini gözləyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerika administrasiyasının rəhbəri Ağ Evdə bir sıra yeni icra sərəncamlarının imzalanması mərasimi zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Tramp Şimali Koreya və onun lideri Kim Çen Inla bağlı sualı şərh edərkən, "Mən əslində onu bir gün görəcəyəm. Onunla görüşü səbirsizliklə gözləyirəm" deyib. "Biz nə vaxtsa görüşəcəyik. Mən bunu etməkdə qərarlıyam", - Amerika lideri təkrarlayıb.

Məryəm Quliyeva