
“Səfər regional inteqrasiyanın möhkəmlənməsinə xidmət etdi”
25 Avqust 09:46
25 Avqust 09:46
23 Avqust 19:42
23 Avqust 17:46
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Azərbaycan Premyer Liqasında II tura yekun vurulub.
Teleqraf xəbər verir ki, turun sonuncu oyunu "Qəbələ" və "Zirə" komandaları arasında keçirilib.
Qəbələ şəhər stadionunda təşkil olunan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə bitib.
Baş hakim İnqilab Məmmədovun idarə etdiyi qarşılaşmada hesabı 18-ci dəqiqədə "qırmızı-qaralar"ın oyunçusu Nicat Əliyev açıb.
"Qartallar"ın heyətində Ceyhun Nuriyev 31-ci dəqiqədə hesabı bərabərləşdirib, 45+1-də isə komandasını hesabda önə keçirib.
Bununla da xallarının sayını 4-ə çatdıran "Zirə" 4-cü sırada yüksəlib. "Qəbələ" 1 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında növbəti turun oyunları 29, 30 və 31 avqust tarixlərində keçiriləcək.