Göyçayda avtomobil piyadanı vuraraq öldürüb Hadisə

Göyçayda avtomobil piyadanı vuraraq öldürüb

Göyçayda avtomobil piyadanı vurub.

APA-nın Şirvan bürosu xəbər verir ki, dünən axşam saatlarında Ağakərim Ağayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil Göyçay şəhəri ərazisində 41 yaşlı Taleh Əliyevi vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.