Türkiyədə işçiləri daşıyan avtobus dərəyə yuvarlanıb, 5 nəfər ölüb, 14 nəfər yaralanıb - FOTO Dünya

Türkiyədə işçiləri daşıyan avtobus dərəyə yuvarlanıb, 5 nəfər ölüb, 14 nəfər yaralanıb - FOTO

Türkiyənin Mərsin bölgəsində işçiləri daşıyan servis avtobusu qəzaya düşüb.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, kənd təsərrüfatı işçilərini daşıyan avtobusun dərəyə yuvarlanması nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

Hadisə yerinə xilasediciləri və təcili tibbi yardım heyəti cəlb olunub.

Qəzanın səbəbləri araşdırılır.

Türkiyədə işçiləri daşıyan avtobus dərəyə yuvarlanıb, 5 nəfər ölüb, 14 nəfər yaralanıb - FOTO