TDT-nin toplantısı əhəmiyyətli və əlamətdar bir hadisədir Gündəm

TDT-nin toplantısı əhəmiyyətli və əlamətdar bir hadisədir

Azərbaycanın Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) XII Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusunda keçirilən toplantı kifayət qədər əhəmiyyətli və əlamətdar bir hadisədir. Məsələ burasındadır ki, son illər ərzində TDT xətti ilə keçirilən zirvə görüşləri təşkilata üzv dövlətlər arası inteqrasiya əlaqələri, xüsusən iqtisadi zəmində qurulmaqda olan münasibətlərin inkişaf etdirilməsinə yönəlik məsələlərin müzakirəsinə həsr olunub. Amma 2021-ci ildən etibarən təhlükəsizlik məsələləri xüsusilə diqqət mərkəzində saxlanılmalı olan məsələdir. Çünki 44 günlük vətən müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqaz bölgəsində yaratdığı bir siyasi reallıq vardı. Bu siyasi reallıq eyni zamanda ölkənin işğaldan azad etməklə yanaşı sülh gündəliyinin müəyyən etmək imkanı yaradıb ki, Azərbaycan bu təşəbbüslə çıxış edərək Cənubi Qafqaz bölgəsi üzərindən bir sıra inteqrasiya layihələrin həyata keçirilməsi üçün vacib danışıqlara başlayıb.

Bunu xalqcebhesi.az-a Milli Məclisin üzvü Azər Allahverənov deyib.

Onun sözlərinə görə, nəticə etibarı ilə nəqliyyat dəhlizlərinin işə salınması və digər komponentlər üzrə olan vacib inteqrasiya layihələri əslində Mərkəzi Asiya respublikalarının Cənubi Qafqaz respublikaları ilə əlaqələndirərək bu vektor üzərindən Qərbə doğru bir sıra strateji əhəmiyyət daşıyan təbii resursların, beynəlxalq yüklərin daşınması üçün mühüm əməkdaşlıq mühiti formalaşıb:

"Belə olan təqdirdə istər, istəməz istər Cənubi Qafqaz bölgəsində, istər Mərkəzi Asiya dövlətləri coğrafiyasında təhlükəsizlik məsələləri plana düşüb ki, 2021-ci ildən etibarən artıq bu TDT zirvə toplantısının gündəliyinə daxil edilib. Bu da olduqca vacib bir məsələdir".

Cavid