“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
7 Oktyabr 2025 10:33
2 751
“Trampın planı hazırda informasiya müstəvisində geniş müzakirə olunur. Ekspertlər və bir sıra siyasətçilər bu plana müsbət yanaşsa da, planın real icrası birbaşa “HƏMAS”ın öhdəliklərinə bağlıdır”.
Bunu, deputat Azər Allahverənov xalqcebhesi.az-a müsahibəsində deyib.
O qeyd edib ki, hazırda planın birinci mərhələsinin yekunlaşmaqda olması göstərir ki, pərdəarxası müəyyən təmaslar və danışıqlar aparılır: “İlk mərhələnin uğurlu tamamlanması isə ikinci mərhələnin başlanmasına imkan verəcək. Donald Trampın açıqlamaları bu mərhələnin gedişatına müəyyən əminlik olduğunu göstərir.
HƏMAS-ın nümayəndəsi Mahmud Mərdavi bu xəbərləri təkzib edir. Bu isə o deməkdir ki, ABŞ ilə “HƏMAS” arasında aparılan təmaslar HƏMAS daxilində birmənalı qarşılanmır və ya məlumatlar tam yayılmır. İdarəetmənin monolit olmaması prosesi müxtəlif dairələr vasitəsilə aparılır”.
Millət vəkili həmçinin qeyd edib ki, İsrail tərəfi hərbi əməliyyatları dayandırmaq mövqeyini açıqlasa da, hadisələr müxtəlif dairələr arasında dialoqlar vasitəsilə davam edir: “Əsas göstəricilərdən biri HƏMAS tərəfindən əsirlərin geri qaytarılmasıdır. Əgər bu baş verərsə, birinci mərhələnin uğurla yekunlaşdığı qənaətinə gəlmək mümkün olacaq. Yaxın zamanda daha dəqiq məlumatlar prosesi aydınlaşdıracaq”.
Günel Elxan
11 Yanvar 15:09
1 204
11 Yanvar 15:07
1 078
11 Yanvar 12:27
1 351