“Ailəm – mənim dəyərim” layihəsi çərçivəsində sonuncu təlim həyata keçirildi
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
Ceyhun Bayramov Qırğızıstanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib
XİN: Gürcüstan "3+3" formatında keçiriləcək görüşdə iştirak etməyəcək
7 Oktyabr 2025 10:59
3 563
Qazaxıstanın “OTPAN. News” saytında “Azərbaycan Üzeyir Hacıbəylinin 140 illiyini qeyd edir” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, materialda Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Qeyd olunub ki, görkəmli bəstəkar müsəlman Şərqində “Leyli və Məcnun” kimi ilk operanın müəllifidir. Onun yaradıcılığı region xalqlarının milli dəyərləri ilə sıx bağlıdır.
Azərbaycanın Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən Baş Konsulluğunun dəstəyi ilə hazırlanan materialda vurğulanıb ki, Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti 3 fevral 2025-ci ildə Sərəncam imzalayıb. Sərəncamın həyata keçirilməsi ilə əlaqədar olaraq Azərbaycanda və xarici ölkələrdə bir sıra tədbirlər həyata keçirilir.
Bəstəkarın “Ər və arvad” əsəri Azərbaycanın ilk musiqili komediyasıdır. Onun “Rüstəm və Zöhrab”, “Əsli və Kərəm”, “Harun və Leyla” operaları türk xalqlarının milli kökünün eyni olduğunu sübuta yetirir. 1921-ci ildə dahi bəstəkar Bakıda ilk musiqi məktəbinin yaradılmasına nail olub.
Onun əsərləri türk xalqları tərəfindən yaxşı başa düşülür və onların milli mədəniyyətinin bənzərliyini əks etdirir.
Qeyd edək ki, Qazaxıstanın “Jalobayan” rasdiosunda da Üzeyir Hacıbəylinin yaradıcılığı barəsində verilişlər hazırlanıb və efirdə onun əsərləri səsləndirilib.
4 İyun 10:56
1 407
2 İyun 20:00
9 793
1 İyun 18:57
2 324