

Makron hakimiyyətinin məclisdə çoxluq hakimiyyəti olmadığı üçün sağ və sol partiyaların bir araya gətirməsini təmin edəcək bir fiquru yoxdur. Keçən seçkilərdə məclisdə üstünlüyü əldən verən Makron iqtidarının son iki ildə beşinci Baş naziri istefa verib. Məsələ ondadır ki, 2024-cü ildə seçkilərdə heç bir partiyanın çoxluq əldə edə bilməməsi səbəbindən məclis istiqrarsız hala gəlib. Bu, Baş nazirlərin qanun layihələrini və illik büdcəni məclisdən keçirmək üçün lazım olan dəstəyi tapa bilməsini hardasa imkansız hala gətirdi.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
Onun fikrincə, çıxış yolu məclisin yenidən buraxılması və ya Makronun istefası kimi olduğu deyilir. Makron isə istefa verməyəcəyini açıqlayıb. Onun prezidentlik müddəti 2027-ci ildə başa çatacaq. Amma, əslində, Fransada baş verən proseslərin mahiyyətini Avropa İttifaqının ABŞ və Rusiya ilə olan münasibətləri kontekstində analiz etmək lazımdır:
"Məsələ ondadır ki, ABŞ-ın NATO çərçivəsində Aİ-nın müdafiə xərclərini Avropa ölkələrinin üzərinə yıxması, eyni zamanda, Rusiya ilə olan gərginlik fonunda Fransanın özünü Aİ xərclərindən sığorta etməsi üçün daxildə hakimiyyət böhranı görüntüsü yaratmaq lazımdır. Fransa dünyanın güclü iqtisadiyyatlarından, ikinci silah istehsalçılarından biri olsa da, nə Ukraynaya yardımlarda, nə də Aİ daxilində Almaniya ilə yanaşı Aİ-nın aparıcı ölkəsi kimi rolu adekvat deyil. Fransa çox danışıb az iş görür. Özünü lider kimi göstərir, amma heç bir məsələdə liderlik etmir.
Hesab edirəm ki, Fransa daxilində istiqrarsızlığın, iki ildə beş Baş nazirin dəyişməsi düşünülmüş haldır. Fransa bunları bəhanə gətirib ciddi proseslərdən kənar dayanmaq istəyir. Həm də yaxşı bilir ki, Rusiya və AI arasındakı Ukrayna səbəbindən baş verən qarşıdurmanın kökündə Rusiya-Almaniya tarixi hesablaşması da vardır. Bu iki ölkə öz keçmiş münasibətlərinə aydınlıq gətirmək istəyirlər, hətta yeni müharibəyə belə hazırlaşırlar.
Bütün bunların fonunda Fransanın bu məsələlərin onun məsələsi olmadığını açıq deyə bilməsə də, dolayı yolla hakimiyyət zəifliyi, böhranı kimi göstərib kənarda dayanmaq istəyi kimi başa düşülməlidir. Rusiyanın adamı kimi tanınan qatı sağ təmayüllü Mari Le Penin həbsi də böyük ölçüdə bu məqsədlə edilib. Fransa tam şəkildə Avropa daxili siyasi proseslərdən kənarda dayanmaq istəyir".
Cavid