Ərini ehtiyatsızlıqdan qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub Hadisə

Ərini ehtiyatsızlıqdan qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Həyat yoldaşını ehtiyatsızlıqdan qətlə yetirməkdə təqsirləndirilən Raidə Mahmudovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün hakim Vüqar Quliyevin sədrliyi ilə keçirikən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xətai rayonunda baş verib.

İttihama görə, mübahisə zamanı Raidə Mahmudova Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr endirib və çarpayıdan yerə itələyib. Nəticədə Hacı Mahmudov ölüb.

Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunsa da, məhkəmə istintaqı zamanı maddə 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə tövsif olunub.