

TDT Baş katibi: Hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndiririk
Ersin Tatar: Azərbaycanın Zəfəri ədalətin, Böyük Türk dünyasının zəfəridir
Baş nazir: Macarıstan Azərbaycanla təkcə dost deyil, həm də strateji tərəfdaşdır
“TDT vahid mövqe sərgiləməklə qlobal gücə və aktora çevrilə bilər”
Macarıstan Türk dövlətləri ilə bir arada olmaqdan şərəf duyur
“İranda məcburi hicab qanununun tətbiqinin ləğv olunması bir az mübahisəli məsələdir. Amma düşünürəm ki, bu, İranda çoxdan qəbul olunmalı bir qərar idi. Bir neçə il bundan öncə İranda hicab məsələsinə görə bir xanımın döyülüb ölməsi ilə bağlı kütləvi iğtişaşlar baş verdi. Hicab məsələsi hər zaman İranda mövcud rejimi dəyişmək üçün xarici qüvvələrin əlində ən əsas vasitələrdən biri olub. Onu da deyim ki, İranda insanlar özləri də artıq bu məsələlərdən yorulmuşdular. Kimlərsə hicabsız gəzmək istəyir, kimlərsə sərbəst olmaq istəyirdi. İndiki mürəkkəb geosiyasi vəziyyətdə təbii ki, İran rejimi, hakimiyyəti başa düşür ki, mövcud rejimə qarşı istənilən bir daxili çaxnaşma üçün hicab məsələsindən istifadə edə bilərlər”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Şakir Ağayev söyləyib.
Ş.Ağayev deyib ki, ona görə də bu təhlükələrin qarşını almaq üçün həssas məsələlərdən biri olan hicab məsələsində məcburi qanunun ləğv edilməsi mövcud rejimin özünə qarşı olan təhlükəni aradan qaldırmaq üçün atılmış bir addımdır: “Biz bilirik ki, Tramp bu gün də mövcud rejimin dəyişməsində maraqlıdır. Avropa Birliyi də İranın nüvə məsələsinə qarşı istifadə oluna bilər. 12 günlük İsrail-İran müharibəsində açıq surətdə deyilirdi ki, rejimin dəyişməsində bu dövlətlər maraqlıdır. Hesab edirəm ki, İran tərəfi özünə qarşı daxili qarşıdurmanın qarşını almaq, rejim üçün gələn təhlükəni aradan qaldırmaq üçün bu addımı atıb. Təbii ki, bu, çoxdan atılmalı bir addım idi. Ümumiyyətlə, bir qadağalar var ki, İran rejimi üçün onlar təhlükəlidir və onlar ləğv olunmalıdır. Güman edirəm ki, zaman keçdikcə İran rejimi bu addımları atacaq”.
Röya İsrafilova