
“Regionda davamlı sülh üçün…”-ekspert
7 Oktyabr 14:00
7 Oktyabr 14:00
7 Oktyabr 13:16
Alyaska görüşündən Ukrayna nizamlanması ilə bağlı yaranan impuls artıq tükənib.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O, Vaşinqtonun “Tomahawk” qanadlı raketlərini Ukraynaya verməsi ehtimalından da danışıb.
Qeyd edib ki, Rusiya ABŞ-ı “Tomahawk” raketlərinin Ukraynaya tədarükü məsələsində ayıq və sağlam yanaşmağa çağırır: ““Tomahawk” raketləri və onların buraxılış qurğularından istifadə yalnız Amerika personalının birbaşa iştirakı ilə mümkündür. Bu raketlərin Ukraynada peyda olması situasiyanın əhəmiyyətli dəyişikliyinə gətirib çıxaracaq, lakin Rusiyanın öz məqsədlərinə çatmasına təsir etməyəcək”.
Ryabkov Rusiyanın ABŞ-dan strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması haqqında - START müqaviləsi təşəbbüsünə rəsmi cavab almadığını da söyləyib. Onun sözlərinə görə, bu təklif ABŞ-ı maraqlandırama, Moskva Vaşinqtonun cavabı olmadan hərəkət edəcək. Diplomat burada START müqaviləsinin uzadılmasından söhbət getmədiyini bildirib.