Türkiyə polisi əməliyyat keçirib, Hadisə, İrem Derici və başqa məşhurlar saxlanılıb - YENİLƏNİB Mədəniyyət

Türkiyə polisi əməliyyat keçirib, Hadisə, İrem Derici və başqa məşhurlar saxlanılıb - YENİLƏNİB

İstanbul polisi bu gün səhər saatlarında əməliyyat keçirib, bir sıra məşhur şəxslər saxlanılıb.

APA “Sabah” qəzetinə istinadən xəbər verir ki, saxlanılanlar arasında Hadisə, İrem Derci, Kubilay Aka, Kaan Yıldırım, Demet Evqar, Berrak Tüzünataç kimi müğənni və aktyor və aktrisalar da yer alır.

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən “narkotik və ya stimullaşdırıcı maddə istifadə etmə” cinayəti ilə əlaqədar başladılan istintaq çərçivəsində saxlanılanlardan qan nümunələri alınması üçün göstərişlər verilib.

***
09:20

Türkiyəli müğənni İrem Derici narkotikdən istifadəni təşviq etmək ittihamı ilə Şişlidəki evində saxlanılıb.

APA Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun başlatdığı istintaq çərçivəsində 38 yaşlı sənətçi İrem Derici narkotikdən istifadəni təşviq etmək ittihamı ilə Şişlidəki evində jandarma qrupları tərəfindən saxlanılıb.

Müğənninin vəkili Ayşegül Mermerin verdiyi açıqlamada, ifadə vermək üçün polis bölməsinə getdiklərini bildirib: “Hələlik işin mövzusu ilə bağlı bizə heç bir rəsmi məlumat verilməyib. Proses aydınlaşdıqca ictimaiyyətə məlumat veriləcək"