DİN və FHN Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair birgə müraciət edib - VİDEO
Gürcüstandan Azərbaycan vətəndaşları da daxil olmaqla 78 əcnəbi deportasiya edilib
Şirvanda şəhid ailələrinə və müharibə əlillərinə 35 mənzil verilib
Aİ hibrid təhdidlərin qarşısını almaq üçün Ermənistana qrup göndərəcək
İRİA heyəti Çad Respublikasında rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib
18 Noyabr 2025 20:41
2 128
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosu xəbər verir ki, bu gün axşam saatlarında Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisindən keçən hissəsində 31 yaşlı Abbasov Elnur Mehdi oğlu idarə etdiyi motoblok ilə hərəkətdə olarkən idarəetməni itirib və “Vaz-2107” markalı avtomobilə çırpılıb.
O, özünü xilas etmək məqsədi ilə asfalt örtüyünə tullanıb, bu zaman H. Osmanovun idarə etdiyi “Ford Transit” markalı avtomobilin altında qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
E. Abbasov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, tibb müəssisəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.