Minskdəki diasporumuz əlil uşaqlarla görüşüb Hadisə

Minskdəki diasporumuz əlil uşaqlarla görüşüb

3 dekabr Beynəlxalq Əilllər Günündə Belarusun “Azərbaycan İcmaları Konqresi”nin üvləri Minisk şəhərindəki “Respublika əlil uşaqların reabilitasiya mərkəzi”ni zayarət ediblər.

Bu haqda xalqcebhesi.az-a Belarusun “Azərbaycan İcmaları Konqresi”ndən məlumat verilib.

Öncə Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədri müavini İlham Hacıyev uşaqlarla görüşməkdən məmnun olduqlarını bildirərək onlara cansağlığı arzulayıb.

O, Belarusun “Azərbaycan İcmaları Konqresi”nin sədri Natiq Bağırovun salamlarını və qarşıdan gələn Yeniil münasibətilə təbriklərini Mərkəzin kollektivinə və uşaqlara çatdırıb.

Tədbirdə “Qafqaz” rəqs ansamblının uşaqlardan ibarət üzvləri Azərbaycan milli rəqslərini ifa ediblər.
Qonaqlar uşaqlara Yeni il hədiyyələri və ərzaqlar təqdim ediblər.

Tədbirin sonunda Mərkəzin direktoru Lyudmila Kudryaşova və uşaqlar Azərbaycan diasporunun nümayəndələrinin göstərdiyi qayğı, diqqət və hədiyyələrə görə təşəkkür ediblər.

Xatırladaq ki, artıq 5 ildir ki, Belarusun “Azərbaycan İcmaları Konqresi”nin üzvləri 3 dekabr- Beynəlxalq Əilllər Günü və 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Respublika əlil uşaqların reabilitasiya mərkəzi”ndə uşaqlarla görüş keçirirlər.

Cavid