Dövlət müəssisələrinin maliyyə göstəricilərinin monitorinqi üçün yeni qaydalar tətbiq ediləcək
Azərbaycan ilə Moldova məxfi məlumatı mübadilə və qarşılıqlı mühafizəsi edəcək
Azərbaycan ilə Maldiv arasında ümumvətəndaş pasport sahibləri viza tələbindən qarşılıqlı azad edilib
Azərbaycanla Bəhreyn arasında diplomatik pasport sahibləri viza tələblərindən azad edilir
Azərbaycanla Qveniya-Bisau arasında vizadan qarşılıqlı azad edilmə barədə saziş təsdiqlənib
12:58
805
Bakı Dövlət Universitetinin (BDU) urdu dili üzrə mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Amaliya Paşayeva Pakistanın nüfuzlu ali təhsil müəssisələrindən olan University of Management and Technology (UMT) tərəfindən Pakistana rəsmi səfərə dəvət olunub.
Crossmedia.az xəbər verir ki, UMT-nin rəhbər heyətinin üzvü, professor Abid Shirvaninin dəvəti ilə həyata keçirilən səfər çərçivəsində dr. Amaliya Paşayeva Pakistanın bir sıra aparıcı universitet və kolleclərində olub. Səfərin proqramı Pakistan–Türkiyə Dostluq Cəmiyyətinin rəhbəri Anis İqbal Çaudhri və Beynəlxalq Həmrəylik Təşkilatının Pakistandakı koordinatoru, Azərbaycan icmasının rəhbəri Şəhla İsayevanın təşkilatçılığı ilə yüksək səviyyədə hazırlanıb.
Rəsmi səfər müddətində dr. Paşayeva Punjab Universiteti, Oriental College, University of Management and Technology və Government College University-də universitet rəhbərliyi və akademik heyətlə görüşlər keçirib, elmi və təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Səfər çərçivəsində o, həmçinin rəsmi şam yeməyinə dəvət edilib və Pakistanın tanınmış senatorları ilə görüşüb.
Dörd gün davam edən səfər zamanı qonaq Pakistanın tarixi və mədəni baxımdan əhəmiyyətli, görməli yerləri ilə də yaxından tanış edilib. Dr. Amaliya Paşayeva Pakistan haqqında yüksək təəssüratlarla ölkədən ayrılıb.
Qeyd edək ki, bu səfər Azərbaycan və Pakistan arasında elmi, mədəni və dostluq əlaqələrinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfərin uğurla başa çatmasında göstərdiyi səmimi dəstək və təşkilatçılığa görə UMT-nin professoru və rəhbər heyətinin üzvlərindən biri olan Abid Shirvaniyə xüsusi təşəkkür ifadə olunub.