Naxçıvanda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO Hadisə

Naxçıvanda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib. 85-AD-506 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə 69-BF-990 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Qəzada Ceyhun Talıbov, Səməd Bilalov, Süleyman Bəylərov və İlkin Məmiyev xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Naxçıvanda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO Naxçıvanda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO Naxçıvanda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO