29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
13 Yanvar 10:43
9 842
“İranda son günlər baş verən hadisələr göstərir ki, etirazlar artıq təkcə sosial-iqtisadi narazılıq mərhələsini keçərək ölkənin siyasi gələcəyini müəyyən edəcək həlledici fazaya daxil olub. Xüsusilə Təbriz, Urmiya, Xoy, Zəncan və digər güney şəhərlərində kütləvi aksiyaların başlaması prosesin xarakterini dəyişdirib və etirazların ideoloji xəttini tamamilə yenidən formalaşdırıb”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
Onun sözlərinə görə, “Azadlıq, ədalət, milli hökumət” kimi şüarların səslənməsi göstərir ki, mərkəzi hakimiyyətin legitimliyi açıq formada sorğulanır və etirazlarda milli kimlik faktoru əsas ideoloji dayaqlardan birinə çevrilib: “Təbriz bazarının bağlanması isə vəziyyətin ağırlığını daha da artırır, çünki bazarın bağlanması həm tarixi baxımdan siyasi mesaj sayılır, həm də etirazların küçələrdən çıxıb iqtisadi həyatın iflici mərhələsinə keçdiyini nümayiş etdirir. Etirazların fars bölgələrindəki aksiyalardan fərqli istiqamət almasının əsas səbəblərindən biri Pəhləvi tərəfdarlarının prosesləri yönləndirməyə çalışmasıdır. Fars mərkəzli müxalif çevrələrin şahın oğlu ilə bağlı şüarlar səsləndirməsi Güney Azərbaycanda “hakimiyyət dəyişikliyi adı altında köhnə farsçı sistemin bərpası” qorxusunu gücləndirib. Bu səbəbdən güneylilərin aksiyaları həm molla rejiminə, həm də Pəhləvi alternativinə qarşı paralel reaksiyaya çevrilib”.
T.Rzayev deyib ki, hadisələrin inkişafı göstərir ki, Güney Azərbaycan bundan sonra adi iştirakçı yox, prosesin həlledici siyasi aktoru olacaq və yaranacaq yeni siyasi düzən qarşısında muxtariyyət, ana dilində təhsil və özünüidarəetmə kimi fundamental tələblərlə çıxış edə biləcək. O əlavə edib ki, bu reallıq İranın gələcək siyasi xəritəsinin Güney Azərbaycan faktoru olmadan formalaşmasının mümkünsüz olduğunu açıq şəkildə ortaya qoyur.
Röya İsrafilova
28 Avqust 10:48
1 526
25 Avqust 11:15
2 688
25 Avqust 11:13
2 555
