Prezident İlham Əliyev Ağdərənin Çapar kəndində görülmüş işlərlə tanış olub - YENİLƏNİB
Papikyan: Ermənistan və Azərbaycan Müdafiə nazirlikləri arasında ayrıca əlaqələr yoxdur
Prezident Ağdərənin Çıldıran kəndində görülmüş işlərlə tanış olub
Prezident İlham Əliyev Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub
Bakıda “ADEX” altıncı beynəlxalq müdafiə sərgisi keçiriləcək
13:14
658
“ABŞ-Ukrayna mineral razılaşması müharibənin taleyini birbaşa dəyişdirəcək mexanizm deyil. Bu, daha çox iqtisadi və geosiyasi alət kimi görünür. ABŞ-ın Ukraynanın nadir torpaq elementləri və strateji minerallarına marağı həm Ukraynanın iqtisadi dayanıqlığını gücləndirmək, həm də Qərbin texnoloji üstünlüyünü qorumaq məqsədi daşıyır. Trampın bunu “müharibəni bitirmək” vasitəsi kimi təqdim etməsi isə siyasi ritorikadır: iqtisadi razılaşma münaqişənin əsas səbəbi olan Rusiyanın işğal siyasətini aradan qaldırmır”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.
T.İsmayılov deyib ki, razılaşma Ukraynaya maliyyə resursu qazandıraraq müharibəni davam etdirmək gücünü artıra bilər, ABŞ-nin dəstəyini davam etdirmək üçün motivasiya yarada bilər, lakin bu, Moskvanın strateji hədəflərini dəyişdirmir: “Əksinə, Rusiyanın gözündə Qərbin Ukrayna resurslarını “ələ keçirməsi” iddiasını gücləndirə bilər və Kremlin daxili təbliğatına əlavə material verər. Avropa İttifaqı üçün bu razılaşma ikili məna daşıyır: bir tərəfdən Ukraynanın iqtisadi güclənməsi müsbət görünür, digər tərəfdən ABŞ-nin mineral maraqları Avropanın enerji və texnologiya siyasəti ilə toqquşa bilər. Bu isə transatlantik həmrəyliyi zəiflətmək riskini daşıyır”.
Onun sözlərinə görə, nəticə etibarilə, mineral razılaşması müharibəni bitirmək üçün kifayət deyil: “O, yalnız Ukraynanın iqtisadi gücünü artırmaq və ABŞ-nin maraqlarını təmin etmək vasitəsidir. Müharibənin sonu isə yalnız təhlükəsizlik zəmanətləri, ərazi məsələlərinin həlli və Rusiyanın işğal siyasətindən imtinası ilə mümkündür”.
Röya İsrafilova