29 Aprel 12:43
29 Aprel 12:35
Pentaqon Minabda qızlar məktəbinin vurulması ilə bağlı araşdırmanı davam etdirir
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
Pentaqon: ABŞ Ukrayna ordusuna kəşfiyyat məlumatı verməyə davam edir
ABŞ-ın müharibə naziri ilə Adam Smit arasında İranla bağlı gərgin müzakirə aparılıb
6 Mart 11:55
1 967
Həcc ziyarəti təxirə salınır?
“Baş verən hadisələrə görə Həcc ziyarətinin təxirə salınması gözlənilmir”.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, həcc ziyarətinin tarixi sabit olur, dəyişmir: “Gündəmdə müharibə ilə bağlı heç nə yoxdur, proses normal formada davam edir. Müharibə qeydiyyat prosesinə də təsir etməyib. Həcc ziyarətindən imtina edənlər qeydə alınmayıb, əksinə hər gün müraciət edənlər olur”.
Həcc ziyarətinə il uçuş tarixi məlum olub
Vüsal Cahangiri onu da bildirib ki, artıq kvotanın 85 faizdən çoxu tamamlanıb: “İlk uçuş 17 may tarixində olacaq. İlk zəvvar qrupu 180 nəfərdən ibarət olacaq”.
Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.
Tələb olunan sənədlər:
1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);
2) Şəxsiyyət vəsiqəsinin surəti;
3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);
4) Sağlamlıq haqqında arayış.
29 Aprel 21:17
1 113
29 Aprel 18:23
1 274
29 Aprel 14:58
1 309