ETN: Prezident Fərmanının icrası istiqamətində zəruri tədbirlərin icrasına başlanılıb
Fidan: NATO sammitində Avropa üçün aktual və potensial təhdidlər müzakirə olunacaq
Əraqçi: Əgər Təl-Əviv sahibinə itaət etməsə, İran onlara dərs verəcək
Suraxanı rayonunda Dövlət Agentliyinin dəstəklədiyi layihə icra olunub
Emin Əmrullayev Vorvik Universitetinin nümayəndə heyəti ilə görüşüb
20 Aprel 11:18
2 051
Sumqayıtda dəm qazından zəhərlənən vəziyyəti qənaətbəxş qiymətləndirilən azyaşlı 18 apreldə ambulator müalicə üçün evə buraxılıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edək ki, azyaşlı 04.04.2026-cı il tarixində Sumqayıt Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasından Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F. Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.
2018-ci il təvəllüdlü (qadın cinsli) pasiyentə meninqoensefalit diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.
Qeyd edək ki, bir neçə gün əvvəl Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən yaşayış evində bir ailənin 6 azyaşlı övladı dəm qazından zəhərlənib. Aprelin 1-i Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına 6 nəfər (4 kişi, 2 qadın cinsli) hospitalizasiya olunub. Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.