ETN: Prezident Fərmanının icrası istiqamətində zəruri tədbirlərin icrasına başlanılıb
Fidan: NATO sammitində Avropa üçün aktual və potensial təhdidlər müzakirə olunacaq
Əraqçi: Əgər Təl-Əviv sahibinə itaət etməsə, İran onlara dərs verəcək
Suraxanı rayonunda Dövlət Agentliyinin dəstəklədiyi layihə icra olunub
Emin Əmrullayev Vorvik Universitetinin nümayəndə heyəti ilə görüşüb
20 Aprel 13:29
1 981
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (13.04.2026 – 19.04.2026) məlumat açıqlanıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 62 piyada əleyhinə mina, 17 tank əleyhinə mina, 460 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1455,4 hektar ərazi mina və PHS-lərdən təmizlənib.