"Türkiye" qəzeti NATO-nun Ankara sammitinin əsas mövzularını açıqlayıb Dünya

"Türkiye" qəzeti NATO-nun Ankara sammitinin əsas mövzularını açıqlayıb

NATO-nun iyulun 7-8-də Ankarada keçiriləcək sammitində rəqəmsal transformasiya, süni intellektdən istifadə və kiberhədələrə qarşı mübarizə əsas mövzular olacaq.

Xalqcebhesi.az "Türkiye" qazetinə istinadən xəbər verir ki, alyans strateji rəqib kimi gördüyü Çinin texnoloji yüksəlişini diqqətdə saxlayır və kritik kommunikasiya sistemlərinin qorunması üçün layihələr hazırlayır.

Sammitdə həmçinin rəqəmsal infrastrukturun gücləndirilməsi, müdafiə xərclərinin artırılması, Ukrayna münaqişəsi, İran ətrafındakı vəziyyət və Avropanın müdafiə qabiliyyəti müzakirə olunacaq. Türkiyənin hərbi-sənaye potensialını nəzərə alaraq, tədbir çərçivəsində silah istehsalı və tədarükündə əməkdaşlığı artırmaq məqsədilə ayrıca müdafiə sənayesi forumu da təşkil ediləcək.

Məryəm Quliyeva