Şuşada 1 ton çətənə kolu məhv edildi Hadisə

Şuşada 1 ton çətənə kolu məhv edildi

Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Xəlfəli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Ümumi çəkisi 1 ton olan 2010 ədəd çətənə kolu məhv edilib.