14 Avqust 17:18
14:06
448
10-11 avqust tarixlərində Rusiya kiberməkanında keçirilən əməliyyat çərçivəsində Kiber Korpus icmasının mütəxəssisləri Rusiya Federasiyasının logistikasında mühüm rol oynayan "Wildberries" şirkətinin rəqəmsal infrastrukturuna hücum ediblər.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi "Facebook" səhifəsində məlumat yayıb.
Obyektin ciddi səviyyədə qorunmasına baxmayaraq, hücum genişmiqyaslı uğursuzluqlara səbəb olub - əsas uzaq müştəri xidmətləri kanalı sıradan çıxıb, ödəniş infrastrukturu qismən qeyri-sabitləşib və əlaqə mərkəzlərinə əlavə yük yaradılıb.
Xüsusilə maliyyə ödənişlərini edə bilməməklə bağlı kütləvi şikayətlər qeydə alınıb.
GUR vurğulayıb ki, kiber əməliyyat Ukrayna Müdafiə Qüvvələrinin "Wildberries" anbarlarına kinetik hücumlarının təsirini artırıb.