14 Avqust 17:18
15:33
364
İndoneziyanın Sumatra adasında 6,9 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri təxminən 311 min insanın yaşadığı Perçut şəhərindən (Şimali Sumatra əyaləti) 70 km cənub-şərqdə, ocağı isə 183 km dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.