Tramp Afrikada oğurlanan ABŞ vətəndaşının azad olunduğunu açıqlayıb Dünya

Tramp Afrikada oğurlanan ABŞ vətəndaşının azad olunduğunu açıqlayıb

Qərbi Afrikada cihadçı qruplar tərəfindən oğurlanan amerikalı xristian missioner Kevin Rideout ABŞ-ın nəzarətinə qaytarılıb.

Bu barədə ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” hesabında məlumat verib.

Tramp bildirib ki, Rideout Qərbi Afrikada, son bir ildə dünyanın digər bölgələrindən daha çox ölümcül hücumun qeydə alındığı və islamçı terrorizmin episentri hesab olunan ərazidə oğurlanıb.

“Kevin, Amerika Birləşmiş Ştatları səni evdə qarşılamağı səbirsizliklə gözləyir. Kömək edə bildiyimiz üçün şadıq!” – Tramp bildirib.