Pakistan və Misir XİN rəhbərləri arasında telefon danışığı olub
14 Avqust 17:18
14 Avqust 17:18
14 Avqust 13:00
10:47
406
Kriptovalyuta bazarında son 24 saat ərzində əsas aktivlərin qiymətlərində əsasən azalma qeydə alınıb.
“APA-Economics” xəbər verir ki, bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 0,39% ucuzlaşaraq 63 024,09 ABŞ dollarına enib. Ethereum (ETH) isə 0,03% azalaraq 1 879,43 ABŞ dollarına düşüb.
Əsas altkoinlərdən BNB 0,19% bahalaşaraq 610,57 ABŞ dollarına yüksəlib. XRP 0,48% ucuzlaşaraq 1 ABŞ dollarına, Solana (SOL) 0,64% azalaraq 75,28 ABŞ dollarına, TRON (TRX) isə 0,42% azalaraq 0,3322 ABŞ dollarına düşüb.
Hyperliquid (HYPE) son 24 saatda 1,02% ucuzlaşaraq 56,17 ABŞ dollarına enib. İlk onluqda yalnız BNB və Dogecoin (DOGE) bahalaşıb. DOGE-nin qiyməti 0,23% artaraq 0,07004 ABŞ dollarına çatıb.
Tether (USDT) 0,01% ucuzlaşaraq 0,9989 ABŞ dollarına, USD Coin (USDC) isə 0,01% azalaraq 0,9998 ABŞ dollarına düşüb.
CoinMarketCap 20 İndeksi (CMC20) də son 24 saatda 0,38% azalaraq 128,30 bənd təşkil edib.
09:34
553
14 Avqust 17:09
896
14 Avqust 17:00
896