21:07
518
Niderlandın Hertogenbos şəhərində yüzlərlə fermer hökumətin ekoloji siyasətinə qarşı traktorlarla etiraz aksiyası keçirib.
Fermerlər azot emissiyalarının yüksək olduğu iddiası ilə 5 quşçuluq təsərrüfatının lisenziyalarının ləğvinə etiraz edirlər.
Etirazçılar bunun təsərrüfatların bağlanmasına və ərzaq qiymətlərinin artmasına səbəb olacağını bildirirlər.
Aksiya bir neçə magistral yolda tıxac və hərəkətin ləngiməsinə səbəb olub.
Niderland hökuməti isə 2035-ci ilədək kənd təsərrüfatında ammonyak emissiyalarını 42-46 faiz azaltmağı planlaşdırır.