“Milan” Rafael Leaonun transfer qiymətini endirdi İdman

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

İtaliya A Seriyasında mübarizə aparan "Milan" portuqaliyalı ulduz Rafael Leaonun qiyməti ilə bağlı dəyişiklik edib.

Xarici KİV xəbər verir ki, İtaliya təmsilçisi onun transfer haqqınl aşağı salmağa hazırlaşır.

İddialara görə, transfer qiymətini 50-60 milyon avrodan 40-45 milyona endirib.

Adı "Qalatasaray" və “Fənərbağça” ilə hallanan 26 yaşlı oyunçunun "Milan"la müqaviləsi 2028-ci ilin yayında başa çatacaq.