BƏƏ İrandan hücumları dayandırmağı və Hörmüz boğazını qeyd-şərtsiz açmağı tələb edib Dünya

BƏƏ İrandan hücumları dayandırmağı və Hörmüz boğazını qeyd-şərtsiz açmağı tələb edib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Xarici İşlər Nazirliyi Əbu-Dabi Milli Neft Şirkətinə məxsus gəminin Hörmüz boğazından keçərkən hədəfə alınmasını qətiyyətlə pisləyib.

Bu barədə Nazirliyin bəyanatında bildirilib.

BƏƏ XİN gəminin Hörmüz boğazından keçərkən hədəfə alınmasını Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinin açıq şəkildə pozulması kimi qiymətləndirib.

Bəyanatda İslam İnqilabı Keşikçiləri Korpusunun kommersiya gəmiçiliyini hədəfə almaq və Hörmüz boğazından iqtisadi təzyiq və ya hədə-qorxu tətbiq etmək üçün bir vasitə kimi istifadə etmək hərəkətinin dəniz piratçılığı təşkil etdiyi vurğulanıb.