Türkiyədə təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilib Hadisə

Türkiyədə təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilib

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dəniz Qüvvələri üzrə Gizir Hazırlığı Məktəbində təhsillərini uğurla başa vurublar.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Yalova vilayətində keçirilən mərasimdə Türkiyə Respublikası Hərbi Dəniz Donanmasının rəhbər heyəti, rəsmi qonaqlar, məktəbin müəllim-professor heyəti və məzunların ailə üzvləri iştirak ediblər.
Hərbi qulluqçularımız ölkələrimiz arasında hərbi təhsil sahəsində mövcud müqaviləyə əsasən Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dəniz Qüvvələri üzrə Gizir Hazırlığı Məktəbində təhsil alırlar. Təhsil ocağı 2 illik hərbi təhsil proqramı üzrə Türkiyə Hərbi Dəniz Qüvvələri üçün miçman kadrlarının hazırlanmasında mühüm rol oynayır.
Tədbirdə Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri iştirak edərək miçman rütbələri almış 5 hərbi qulluqçumuzu təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.

Türkiyədə təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilibTürkiyədə təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilibTürkiyədə təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilibTürkiyədə təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilibTürkiyədə təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilibTürkiyədə təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilibTürkiyədə təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilibTürkiyədə təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilibTürkiyədə təhsilini bitirən Azərbaycan hərbçilərinə diplomlar təqdim edilib