Bəqai: "Kolanq Qaz-La dağında heç bir nüvə fəaliyyəti yoxdur"
1 Sentyabr 16:36
1 Sentyabr 16:36
11:41
112
"Bütün inkişaf etmiş ölkələrdə, xüsusən də qabaqcıl səhiyyə sistemlərində ilkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir".
Bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov APA-nın sualına cavab olaraq mətbuat konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bu istiqamətdə ilkin səhiyyə xidmətinin önəmi çox yüksəkdir: “İlkin səhiyyə xidmətinin əsas funksiyaları əhalinin sağlamlığının qorunması, xəstəliklərin qarşısının alınması və erkən diaqnostikanın təmin edilməsidir. Həkimlərin səhiyyənin təkmilləşdirilməsi konsepsiyasına uyğun olaraq, bu sahədə kadr potensialının gücləndirilməsi əsas məqsədlərdən biridir. Təhlillər, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının araşdırmaları bir daha göstərir ki, ilkin səhiyyə xidmətinə qoyulan investisiya, bu sahəyə yatırılan hər bir manat ən səmərəli investisiyalardan biridir. Çünki xəstəliyin ağırlaşmasının, fəsadlarının qarşısının alınması və erkən diaqnostikanın həyata keçirilməsi həm vətəndaşa, həm ailəyə, həm də dövlətə düşən yükü azaltmış olur”.
O qeyd edib ki, regiondan asılı olmayaraq, bütün ilkin səhiyyə xidmətində çalışan həkimlərin, ailə sağlamlığı mərkəzlərində, həkim məntəqələrində çalışan mütəxəssislərin əməkhaqqı 1 150 manatdan 2 000 manata qədər artırılıb:
“Aparılan tədqiqat göstərib ki, hər 10 min nəfər əhaliyə düşən həkim sayına nəzər yetirdikdə, bu göstəricinin cəmi bir ailə həkimi hesabına artırılması bütün səbəblərdən ölüm hallarının 6 faiz azalmasına gətirib çıxarır. Bu məqsədlər Azərbaycan səhiyyə sisteminin qarşısında duran əsas prioritetlərdən olduğu üçün ilkin səhiyyə xidmətinin inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır”.