Bəqai: "Kolanq Qaz-La dağında heç bir nüvə fəaliyyəti yoxdur"
1 Sentyabr 16:36
1 Sentyabr 16:36
09:02
224
Nepalda dağıdıcı daşqın nəticəsində həlak olanların sayı 1127 nəfərə yüksəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə günü yerli KİV-lər Nepal polisinə istinadən məlumat verib.
Qeyd olunur ki, qurbanların əksəriyyəti Çitvan, Şərqi Navalparasi, Qərbi Navalparasi, Nuvakot və Qorkha rayonlarının payına düşür. Həmçinin doqquz cəsəd qonşu Hindistanda tapılıb. Hakimiyyət orqanları 1113 cəsəd üzrə araşdırmanı yekunlaşdırıb və onların 95-ini həlak olanların ailələrinə təhvil verib. Polis rəsmi saytında şəxsiyyəti məlum olmayan 911 cəsəd haqqında məlumat yerləşdirib.
Eyni zamanda, itkin düşmüş 4858 nəfərin axtarışları davam edir.
Məryəm Quliyeva