Bəqai: "Kolanq Qaz-La dağında heç bir nüvə fəaliyyəti yoxdur"
1 Sentyabr 16:36
1 Sentyabr 16:36
Goranboyda sursat anbarında partlayış nəticəsində evlərə ziyan dəyməyib
Ötən ay Azərbaycan sərhədini pozmağa cəhd edən 11 əcnəbi saxlanılıb
I sinfə elektron müraciət sabah başa çatacaq, 124 mindən artıq uşağın qəbul prosesi tamamlanıb
BMT: Azərbaycan mina probleminin miqyasına baxmayaraq, mühüm irəliləyiş əldə edib
10:55
245
Azərbaycan minatəmizləmə fəaliyyətini milli sosial-iqtisadi prioritet kimi qəbul edir.
APA xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisinin adından çıxış edən Nasar Hayat Bakıda IV Beynəlxalq Mina Fəaliyyəti Konfransının açılışında deyib.
“Biz 2026-2030-cu illər üçün Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi əsasında ANAMA-nı dəstəkləməyə sadiqik. Hələ çox iş görülməlidir və daha böyük tərəfdaşlıq və beynəlxalq həmrəylik lazımdır. Mina çirklənməsi milli bir problem ola bilər, lakin minatəmizləmə fəaliyyəti qlobal bir məsuliyyətdir: bir ölkədə inkişaf etdirilən təcrübə, texnologiya və dərslər bir çoxlarına fayda verə bilər”, - BMT nümayəndəsi vurğulayıb.
O qeyd edib ki, Azərbaycan mina probleminin miqyasına baxmayaraq, mühüm irəliləyiş əldə edib. BMT-nin İnkişaf Proqramının rəhbərliyi ilə çirklənmiş ərazilərin əhəmiyyətli hissəsi tədqiq edilib və minalardan təmizlənib. Bu günə qədər təxmin edilən çirklənmiş ərazilərin 25,6 faizi təhlükəsiz istifadə üçün istifadəyə verilib.
“Azərbaycan təkcə 2024-cü ildə milli mina fəaliyyətlərinə 146 milyon ABŞ dolları vəsait ayırıb. Bu, dünya üzrə qeydə alınmış ən yüksək milli maliyyə töhfəsidir. 2020-ci ilin noyabr ayından etibarən hökumət fondundan 566 milyon ABŞ dolları vəsait ayrılıb. Bu, mühüm nailiyyətdir. Bu, Azərbaycanın minatəmizləmə fəaliyyətlərini milli sosial-iqtisadi prioritet kimi qəbul etdiyini nümayiş etdirir”, - BMT təmsilçisi vurğulayıb.
08:04
749
1 Sentyabr 22:06
1 015
1 Sentyabr 21:26
910