Bəqai: "Kolanq Qaz-La dağında heç bir nüvə fəaliyyəti yoxdur"
1 Sentyabr 16:36
1 Sentyabr 16:36
Goranboyda sursat anbarında partlayış nəticəsində evlərə ziyan dəyməyib
Ötən ay Azərbaycan sərhədini pozmağa cəhd edən 11 əcnəbi saxlanılıb
I sinfə elektron müraciət sabah başa çatacaq, 124 mindən artıq uşağın qəbul prosesi tamamlanıb
BMT: Azərbaycan mina probleminin miqyasına baxmayaraq, mühüm irəliləyiş əldə edib
10:58
245
Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış nəticəsində evlərə ziyan dəyməyib.
APA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Goranboy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov deyib.
Komissiya sədri bildirib ki, aidiyyəti qurumların birgə fəaliyyəti nəticəsində hadisə baş verən əraziyə yaxın yerlərdə yaşayanların təhlükəsizliyinin təmin olunması məqsədilə əhalinin köçürülməsi və təxliyə olunması ilə bağlı işlərə başlanılıb.
Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılıb və vəziyyət nəzarət altına alınıb:
“Xoşbəxtlikdən tələfat olmayıb, fəsad və ciddi itki qeydə alınmayıb. Əhali hazırda tam təhlükəsiz şəraitdədir. Yanğının söndürməsi ilə bağlı hazırda müvafiq qurumlar birgə fəaliyyət göstərirlər. Sakinlərin evlərinə hər hansı ziyanın dəyməsi ilə bağlı məlumat qeydə alınmayıb”.