Bəqai: "Kolanq Qaz-La dağında heç bir nüvə fəaliyyəti yoxdur"
1 Sentyabr 16:36
1 Sentyabr 16:36
11:12
238
ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi və ABŞ-nin Livandakı səfiri Mişel İssa yəhudi dövləti ilə Livan Respublikası arasındakı münaqişənin nizamlanmasında irəliləyişləri müzakirə etmək üçün İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşüblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Hakabi "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"İsrailin Baş naziri və ABŞ-nin Livandakı səfiri Mişel İssa ilə ABŞ-nin təşkilatçılığı ilə İsrail və Livan arasında aparılan danışıqlardakı irəliləyişi müzakirə etmək üçün görüşdüm", — deyə qeyd edib.
O əlavə edib ki, ABŞ-nin mövqeyinə görə, nizamlanma yolunda yeganə maneə şiə "Hizbullah" hərəkatı olaraq qalır.
Məryəm Quliyeva