Bəqai: "Kolanq Qaz-La dağında heç bir nüvə fəaliyyəti yoxdur"
1 Sentyabr 16:36
1 Sentyabr 16:36
08:43
287
ABŞ Prezidenti Donald Tramp silahlı münaqişəyə son qoymaq üçün İranla hər hansı razılaşmanın əldə olunmasına can atmadığını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" şəbəkəsində qeyd edib.
"Saxta Amerikan telekanalı ABC News-un xəbər verdiyi kimi, mən İranı danışıqlar masasına oturtmağa çalışmıram. Onların özləri üçün heç bir dəyəri olmayan sazişi imzalayıb-imzalamamaları mənim üçün tamamilə əhəmiyyətsizdir", — deyə o, bildirib.
"Hörmüz boğazına demək olar ki, tam nəzarət etdiyimiz və onların iqtisadiyyatının tamamilə çökdüyü hazırkı mövqeyimiz mənim daha çox xoşuma gəlir. Onlar sadəcə qaçılmaz olanı gecikdirirlər. İran xalqı nə vaxt ayağa qalxacaq və mübarizə aparacaq?" — deyə Tramp əlavə edib.
Məryəm Quliyeva