19:03
266
Gənclər və İdman Nazirliyi (GİN) olimpiya idman növləri üzrə milli komandaların idmançılarının sentyabrın 1-nə olan reytinq cədvəlini açıqlayıb.
GİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, siyahıya 480 xalla yunan-Roma güləşçisi Həsrət Cəfərov başçılıq edir. Sərbəst güləşçilərdən Giorgi Meşvildişvili (460 xal) ikinci, Arseni Cioyev (420 xal) üçüncüdür.
Reytinq cədvəlində, həmçinin Səidcəmşid Cəfərov (boks, 400 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal), Nürəddin Novruzov (sərbəst güləş, 270 xal), Hidayət Heydərov (cüdo, 270 xal) və İslam Bazarqanov (sərbəst güləş, 265 xal) da yer alıblar.
19:02
252
31 Avqust 16:18
1 036
31 Avqust 15:31
1 008