Bəqai: "Kolanq Qaz-La dağında heç bir nüvə fəaliyyəti yoxdur"
1 Sentyabr 16:36
1 Sentyabr 16:36
08:51
189.jpg)
ABŞ İranın iki tankerinə hücum edib, ümumilikdə amerikalı hərbçilər çərşənbə axşamı günü İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elitar hissələri) 100-dən çox obyektini vurublar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Axios" portalı Ağ Evdəki mənbələrə istinadən məlumat verib.
Mənbələrin məlumatına görə, bu əməliyyat ABŞ administrasiyasının "tankerə qarşı tanker" prinsipi üzrə yeni taktikaya başlaması deməkdir. Ağ Ev bu yolla İranın Hörmüz boğazında hərbi əməliyyatlarının intensivliyini azaltmağı planlaşdırır, portal izah edir. Portalın təqdim etdiyi məlumatlara əsasən, ABŞ Silahlı Qüvvələrinin yeni zərbələri boğazda ticarət gəmilərinə yönəlmiş təhlükənin "ən azı bir ay müddətinə" azalmasını təmin edib.
Çərşənbə axşamı günü ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İrana, o cümlədən SEPAH obyektlərinə, HHM (hava hücumundan müdafiə) vasitələrinə, radarlara və mina döşəmə avadanlıqlarına endirilən bir sıra zərbələr barədə məlumat verib.
Məryəm Quliyeva