Səməd Behrənginin xatirəsi yad edildi Güney Azərbaycan

Səməd Behrənginin xatirəsi yad edildi

GünazTV məlumatına görə, tanınmış azərbaycanlı yazıçı, pedaqoq və ictimai xadim Səməd Behrənginin xatirəsi Təbriz şəhərində keçirilən teatr tədbirində yad edilib.

Gunaz.tv

Yazarın anım gününə həsr olunmuş mərasim çərçivəsində Yəqub Sədiq Cəmalinin quruluşunda "Balaca Qara Balıq" tamaşası nümayiş olunub.

Səhnəyə çıxan Səməd Behrənginin bacısı qızları tədbir təşkilatçılarına və yaradıcı heyətə təşəkkürlərini bildirərək, bu cür sənət əsərlərinin böyük ədibin irsini canlı tutmaqda mühüm rol oynadığını vurğulayıblar. Tədbir tamaşaçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

Klassik ədəbi irsin teatr səhnəsində bu formada yaşadılması gənc nəsillərin milli-mədəni köklərə bağlılığının qorunmasına xidmət edir.