SEPAH Bəhreyndəki ABŞ bazasına PUA-larla hücum edib Dünya

SEPAH Bəhreyndəki ABŞ bazasına PUA-larla hücum edib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, Silahlı Qüvvələrin elitar hissələri) Bəhreyndəki Şeyx İsa bazasında ABŞ hərbçilərinə və radar obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyinin dərc etdiyi SEPAH-ın bəyanatında deyilir.

"İran ordusu Bəhreyndəki Şeyx İsa bazasında radar obyektlərinə və amerikalı hərbçilərin cəmləşdiyi yerlərə PUA-larla kütləvi zərbələr endirib", — deyə mətndə göstərilir.

Daha əvvəl SEPAH İordaniyadakı ABŞ bazasına endirilən zərbə nəticəsində çoxlu sayda amerikalı əsgərin məhv edildiyini bildirmişdi.

Məryəm Quliyeva