![Qadın gözəllik salonunda qətlə yetirilib](https://xalqcebhesi.az//photos/1402660171_meyit-kuchede-adam-120412.jpg)
Azərbaycanda dəhşətli qətl hadisəsi baş verib. Gədəbəy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayon mərkəzində yerləşən gözəllik salonlarının birində qeydə alınıb.
Slavyanka kənd sakini, 1981-ci il təvəllüdlü Qasımov Elçin Fəxrəddin oğlu keçmiş həyat yoldaşı - 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanovanı qətlə yetirərək hadisə yerindən qaçıb.
Hadisənin qısqanclıq zəmində baş verdiyi bildirilir. Onların boşandıqları və bu nikahdan bir övladlarının olduğu bildirilib. Gədəbəy Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, E. Qasımovun saxlanması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.