Leykoz təhlükəsi Hadisə

Leykoz təhlükəsi

Keçən əsrin ən tanınmış qorxulu xəstəliklərindən olan Leykoz (qan xərçəngi) xəstəliyi onkoloji xəstəliklər qruruna aid olub, qan yaradıcı sisteminin şiş xəstəliyidir. El arasında bu xəstəlik "ağ qan qırmızı qanı yeyən xəstəlik" kimi tanınır. Belə ki, əsas qanyaradıcı orqan olan sümük iliyində şiş hüceyrələrin inkişafı normal qanyaranmanın qarşısını alır, qırmızı qan kürəciklərinin miqdarı tədricən azalaraq elə bir həddə çatır ki, qan doğrudan da ağarır. Ancaq qeyd etmək lazımdır ki, bu xəstəlikdə təkcə qırmızı qan kürəcikləri deyil, eyni zamanda həyat üçün vacib olan normal leykositlərin və trombositlərin də miqdarı kəskin azalır və nəticədə müxtəlif xarakterli qanaxmalar, infeksion fəsadlar üzə çıxır.
Araşdırmalar göstərir ki, leykemiyanın yaranmasında xarici amillərlə yanaşı, irsiyyətin də müəyyən rolu var. Çünki burada xromosom araratının xarici və daxili təsirlərə davamlılığı və immun sisteminin çox böyük rolu var. Hazırda isə xəstəliyə səbəb olan amillər sırasında daha çox stress vurğulanır. Əvvəlki illərdə xəstələrdən narahatlığın nə zaman yarandığını soruşanda bildirirdilər ki, ya yıxılaraq qorxublar, yaxud onları it dişləyəndən sonra özlərində narahatlıq hiss ediblər. Eksperlər bildirir ki, uşaqların keçirdiyi stress halları birbaşa immun sisteminə təsir edir. İmmun sisteminin zəifləməsi isə onkoloyi genlərin oyanmasının qarşısını ala bilmir.
Bu bədxassəlik ilk növbədə sümük iliyində yaranır və sonralar bədənin digər orqanlarına sirayət edir. Xəstəliyin inkişafındakı bu mərhələli gediş çox zaman orqanizmdə yaranmış bədxassəli prosesin vaxtında duyulmasına çətinlik yaradır və yalnız xəstəlik öz sözünü demiş olduqdan sonra başa düşülür. Vaxtında aparılmayan müalicə xəstənin ölümü ilə nəticələnir. Ümumdünya səhiyyə statistikası göstərir ki, 100 000 insandan 13-ü bu xəstəliyə tutulur. Ancaq ümumilikdə götürdükdə potensial olaraq hər bir kəs bu xəstəliklə xəstələnə bilər. Bunun üçün sadəcə olaraq şərait yaranmalıdır. Bu şəraiti həm daxili, həm də xarici amillər yarada bilər. Bütün insanlar yaşından, irqindən, cinsindən asılı olmayaraq anadan onkogenlə, yəni şiş hüceyrəsi ilə doğulur. Və bu şiş hüceyrəsi yaradan geni bütün ömrü boyu daşıyır. Normal halda bu genin fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi orqanizm tərəfindən idarə olunur. Başqa sözlə desək, orqanizm müxtəlif təsir mexanizmindən istifadə edərək bu genin aktivləşməsinin qarşısını alır. Ancaq həyatın gedişində bir çox amillərin təsiri altında gen aktivləşərək xəstəliyin yaranmasına səbəb olar. Bura həm daxili, həm xarici faktorlar aiddir. Xarici faktorlar içərisində ekoloji faktorları, ən əsas radiasiya faktorunu, ximikatların məişətə tətbiqi amilini qeyd etmək lazımdır. Radiasiya faktorunun gen aparatına göstərdiyi dağıdıcı təsir mutasia dəyişikliklərinin yaranmasına təkan verir və bu da xəstəliyin yaranmasına səbəb olur.
Burda yaş həddi nisbi xarakter daşıyır. Çünki leykoz xəstəliyi altında qanın çoxlu onkoloji xəstəlikləri cəmləşir: Kəskin leykoz, xroniki leykoz, limfoblast leykozlar, mieloblast leykozlar.
Xəstəliyin əlamətləri qan azlığı, solğunluq, bədəndə göy ləkələr, qansızmaların olmasıdır. Həmçinin limfa vəzilərinin böyüməsi, sarılıq, halsızlıq, ayaqlarda ağrı, yüksək hərarət, boğaz ağrıları leykemiyanın əlamətləridir. Məhz bu əlamətlərə görə də bəzi xəstələr başqa klinikalarda yanlış müalicə alırlar. Həmin əlamətlər olduqda ilkin mərhələdə bilmirlər ki, həmin şəxs leykozdur. Əgər bu xəstəliyin vaxtında müalicəsi aparılsa, uşaqların sağalma göstəricisi 90-92 faiz olar. Xəstəliyin ömürlük sağalma ehtimalı isə 75 faizdir. Amma xəstəlik bir qədər geciksə, risk də bir qədər artır. Əgər müayinəni aparan yaxşı mütəxəssisdirsə, bunu müəyyən edə bilir.
Bu xəstəliklərin hər bir növü müxtəlif yaş qruplarında daha çox rast gəlinir. Məsələn, Kəskin Limfoblast Leykozlar (KLL) uşaqlar arasında 70-80 faiz rast gəldiyi halda, Xroniki Mieloblast Leykoz (XML) əksinə, böyüklər arasında daha çox rast gəlinir. Odur ki, rastgəlmə tezliyi demək olar ki, bütün yaşlar üçün eynidir, ancaq hansı formanın olmasının yaş qrurları üçün elmi-praktiki əhəmiyyəti var.
Keçən əsrin ikinci yarısına qədər bütün dünyada leykoz diaqnozu təsdiqlənən xəstə ölümə məhkum sayılırdı. Sonralar elmin inkişafı, müayinə metodlarının təkmilləşdirilməsi, xəstəliyin bioloji asrektlərinin öyrənilməsi, müasir tibb mərkəzlərinin yaradılması "ÖLÜMƏ MƏHKUMLUQ" anlayışını aradan qaldırdı. Və artıq 80-ci illərdə bu xəstəliklərdən birdəfəlik sağalma şansı yarandı. Bu gün dünyanın inkişaf etmiş ölkələrində uşaqlar arasında Kəskin Leykozdan tam sağalma şansı 70-75 faiz təşkil edir.
Professor Mireldar Babayevin sözlərinə görə, Azərbaycanda hələ ki, leykemiya xəstəliyi ilə bağlı statistika aparılmır. Sadəcə, müraciət edən şəxslərin xəstəlik tarixçələri torlanılır. Son illər həmin tarixçələrin araşdırılmasına başlanılıb. Buna görə də resrublikanın hansı bölgəsində xəstəliyin daha çox yayılması haqqında dəqiq fikir söyləmək çətindir. Amma əksər regionlardan, həmçinin Bakı şəhərindən xeyli sayda müraciətlər var. Ümumi qənaət belədir ki, ekoloji tarazlığın daha çox rozulduğu ərazilərdə xəstəliyə yoluxma riski artır. Ötən əsrin ortalarında Yaroniyaya atılan atom bombalarından sonra xeyli insan bu xəstəliyə yoluxub. Çernobıl hadisələri zamanı da xəstəliyin artma tempi yüksəlib. Bütün bunlar onu deməyə əsas verir ki, ekoloji tarazlığın rozulduğu bölgələrdə leykemiyaya yoluxma riski daha çoxdur. Azərbaycanın elə bir rayonu yoxdur ki, oradan leykemiya ilə bağlı müraciət olmasın. O ki qaldı dəqiq statistikanın ararılmasına, rəsmi olaraq konkret fikir söyləyə bilmərəm. Üalnız son illər müəyyən araşdırmalar aparmağa başlamışıq. Hələlik yalnız onu deyə bilərəm ki, il ərzində təxminən 80-90 nəfər birinci dəfə olaraq leykemiya ilə bağlı müraciət edir. Dünyada isə hər yüz min nəfərə 13 leykozlu xəstə düşür. Amma nəzərə alınmalıdır ki, ölkəmizdə bəzi xəstələrə dəqiq diaqnoz qoymaq mümkün deyil və onların bu xəstəlikdən əziyyət çəkmələri müəyyənləşdirilməyib. Əgər dəqiq araşdırmalar ararılsa, konkret rəqəmlər də deyə bilərik. Dəqiq statistikanın olmamasının səbəblərindən biri də xəstələrin pərakəndə şəkildə ayrı-ayrı xəstəxanalara müraciət etməsi ilə bağlıdır. Hazırda isə bütün xəstələr bizim şöbəyə müraciət edir.
Leykoz xəstəliyi qan analizi vasitəsilə aşkar olunur. Amma tam dəqiq diaqnoz qoymaq üçün sümük iliyinin müayinəsi aparılmalıdır. Əgər xəstədə onkoloji genlər aşkar olunursa, onda biokimyəvi müayinə ararılır. Aparılan biokimyəvi müayinənin nəticələri isə imkan verir ki, xəstədə leykozun hansı növünün olmasını aşkar edək. Bizim apardığımız diaqnostika ancaq bu səviyyədə məhdudlaşıb. Amma dünyada bu müayinələr daha dəqiqləşdirilən şəkildə ararılır. Hətta orta inkişaf edən ölkələrdə də bu cür müayinələrin aparılması üçün şərait yaradılıb. Xromosomlardakı pozuntular aşkar olunur. Çünki sümük iliyində onkoloyi hüceyrələr həmin xromosomlarda olan pozuntular nəticəsində yaranır. Azərbaycanda isə həmin müayinələri bu gün arara bilmirik. Onu arara bilməmək də bizim diaqnostika işimizə bir qədər mənfi təsir göstərir. Əgər tam müayinə ararmaq mümkün olsa, bu bizə aparacağımız müalicənin nə dərəcədə effektiv olacağını müəyyən etməyə imkan verər. Həmçinin xəstələri risk, orta risk, yüksək risk qrupuna ayırmaq olar.
Azərbaycanda leykemiya üzrə ixtisaslaşan xəstəxanalar mövcud deyil. Yalnız Hematologiya İnstitutu var. Həmin institutun nəzdində həm leykemiya, həm də digər qan xəstəlikləri müalicə olunur. Rusiyada da təxmini eyni cür xəstəxanalar mövcuddur. Orada da leykemiya xəstəliyi uşaq hematologiya mərkəzində müalicə edilir. Çünki qan xəstəliklərinin hamısının müalicəsi təxminən oxşardır. Onların şərait, digərlərindən təcrid edilib-edilməməsinə eyni cür yanaşma var.
Hematologiya və Transfuziologiya İnstitutunun baş həkimi, tibb elmləri namizədi İsgəndər Bağırovun KİV-ə verdiyi informasiyaya görə, böyüklər arasında sümük iliyi xəstəlinə görə ildə 150-170 nəfər, uşaq kontengenti üzrə hər ildə təxminən 80-110 nəfər bu xəstəliklə əlaqədar müraciət edir.
Həkim leykozların bir neçə üsul ilə müalicə olunduğunu qeyd edir. Leykozlar reliksiyanın induksiyası, konsolitasiya, saxlayıcı terapiya üsulu ilə müalicə olunur. Reliksiyanın induksiyası üsulu xəstəliyin kəskin dövründə kimyəvi praparatların köməyilə sümük iliyində şiş hüceyrələrini öldürməklə müalicə edilir. İkinci müalicə etapı konsolitasiyadır. Burada iki il ərzində hər ayda kurslar keçirilir. Sümük iliyinin transplantasiya (köçürülmə) əməliyyatıdır. Həkim bu əməliyyatın Azərbaycanda hələ də aparılmamasına çox təəssüflənir. Onun sözlərinə görə, sümük iliyinin köçürülməsi iki formada olur. Bir xəstənin özündən, ikinci halda yaxın qohumlarından götürülür.
Digər müalicə üsulu isə saxlayıcı terapiyadır. Bu zaman heç bir müalicə aparılmır. Xəstələr buraxılır özbaşına. Xəstə 5 il müddətinə sağ qalırsa, deməli sağalıb. Əgər 5 il müddətinə xəstənin səhhətində hər hansı pisləşmə olarsa, onda yuxarıda deyilən kimi sümük iliyinin köçürülmə əməliyyatı aparılır. Bu cür əməliyyatlar adətən Almaniyada və Rusiyada ararılır. Həkimin bildirdiyinə görə, qanda kəskin leykoz xəstəliyi dərman rreraratları ilə müalicəsində sağalma ehtimalı 25-30 faizdir. Lakin sümük iliyinin köçürülməsində 50 faiz sağalma ehtimalı var.

Ülviyyə Tahirqızı