KİVDF müsabiqə elan etdi Hadisə

KİVDF müsabiqə elan etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 139 illiyi ilə əlaqədar keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsinin

ELANI

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:

H İstiqamətin adı
Təklif olunan mövzular
1. Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
1. Hüquqi dövldət quruculuğunda media amili
2. Media azadlığı media məsuliyyəti fonunda
3. Azərbaycan jurnalistikası inkişaf yolunda
2. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
1. İnsan amilinə verilən dəyər, məmur-vətəndaş münasibətlərində yenilik: "ASAH xidmət"
2. Vətəndaş hüquqlarının təmin olunması dövlət siyasətinin əsas meyarıdır
3. Azərbaycan demokratik, plüralizm cəmiyyətinin formalaşdırdığı, bəşəri dəyərlərin inkişaf etdirildiyi ölkədir.
3. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
1. Azərbaycanın hücum diplomatiyasında Qarabağ reallıqları
2. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin digər beynəlxalq münaqişələrdən fərqli və oxşar cəhətləri
3. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlara qarşı barışmaz mövqeyinə sadiqdir
4. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi
1. Azərbaycan Cənubi Qafqazın lider dövlətidir
2. Xarici siyasətimizin əsas prinsipləri: əməkdaşlıq, dostluq, daxili işə müdaxilə etməmək
3. Azərbaycan dünyanın multikulturalim, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib
5. Qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması
1. Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi əsas prioritetdir
2. Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir
3. Qaçqınların, şəhid ailələrinin mənzil problemlərinin həlli ümdə məsələdir
6.Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
1. Milli adət və ənənələr mənəvi dəyərlər sistemində
2. Azərbaycan xalqının təşəkkülündə dövlətçilik ənənələri
3. Hər bir xalqı dünyada tanıdan onun mədəniyyəti, elmi və milli dəyərləridir
7. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi
1. Ölkə ərazisi genişzolaqlı internetlə təmin olunu
2. Dünya kosmik klubunun yeni üzvü - Azərbaycan
3. İnformasiyalı dövlət quruculuğu müasir dövrün tələbidir
8. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
1.Azərbaycan dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir
2. Dini maarifləndirmə işi daimi proses kimi
3. Azərbaycanın tolerantlıq təcrübəsi dünyada təbliğ olunur
9. Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi
1. Qeyri-neft sektorunun inkişafında sahibkarlığın rolu artır
2. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası: Yeni hədəflərə çağırış
3. İqtisadiyyatın şaxələndirilməsi prioritet vəzifələrdəndir
10. Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi
1. Milli mənlik şüurunun inkişaf etdirilməsində əxlaqi meyarlar
2. Vətənpərvərlik insanın daxili zənginliyidir
3. Dövlət maraqlarının müdafiəsində vətəndaş təəssübkeşliyi

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı 1 (bir) il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqəyə təqdim olunan yazılara aid tələblər
1. Yazı Fond tərəfindən elan edilmiş istiqamətin birinə uyğun olmalıdır (dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır).
2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
3. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
4. Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:
4.1. Azərbaycan jurnalistlərinin I qurultayında qəbul olunmuş Azərbaycan jurnalistlərinin peşə (etik) davranış qaydalarını pozması ilə əlaqədar haqqında Azərbaycan Mətbuat Şurası tərəfindən müvafiq qərar çıxarılan;
a) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşən qəzetlər.
b) Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"dan çıxarılan qəzetlər (1 il müddətində).
c) Azərbaycan Mətbuat Şurası tərəfindən xəbərdarlıq almış qəzetlər (6 ay müddətində)
5. Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 139 illiyi ilə əlaqədar keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.
QEYD: İnformasiya agentliklərində çalışan jurnalistlər istisna olmaqla, digər jurnalistlər öz yazılarını yalnız işlədikləri mətbuat orqanlarında dərc etməlidirlər.
Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazılar müsabiqəyə buraxılmır.
Yazıların qəbul qaydaları
1. Yazının dərc olunduğu mətbuat orqanı (qəzet) 1 nüsxə
2. Yazının Elektron variantı (Times New Roman (12) şriftində -CD diskdə) 1 nüsxə

3. Yazının A4 formatda çap olunmuş variantı (müəllifin imzası göstərilməməlidir) 3 nüsxə
4. Yazıların həcmi : 1 səhifə (A3) olmalıdır (9-11 min işarə),
Tələb olunan sənədlər
1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti (möhür və baş redaktorun imzası)
2. İştirakçı haqqında məlumat cədvəli (möhür, müəllif və baş redaktorun imzası ilə) ,
3. Şəxsiyyət vəsiqəsi və surəti,
4. Şəxsi VÖEN və surəti ,
5. Şəxsi bank rekvizitləri (şəxsi VÖEN əsasında açılmış bank hesabı).
Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır.
Yazıların qəbulu 20 may 2014-cü il tarixində başlayır, 10 iyul 2014-cü il tarixdə başa çatır (10.07.2014 yazıları təqdim etmək üçün sonuncu tarixdir).
Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.
Qiymətləndirmə meyarları:
- mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;
- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;
- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;
- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;
- ictimai maraqların müdafiəsi.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

Hər istiqamət üzrə 3 qalib, ümumi istiqamətlər üzrə 10 həvəsləndirici mükafat müəyyən edilir. 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.
Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 30-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz.

İştirakçı haqqında məlumat cədvəli (müəllif tərəfindən doldurulur):

Yazının istiqaməti

Mövzunun adı

Müəllifin Adı, soyadı, atasının adı

Mətbuatda təxəllüsü (əgər varsa)
İşlədiyi KİV
Vəzifəsi
Yazının dərc olunduğu mətbuat orqanı
Ünvanı və poçt indeksi
- iş telefonu

- ev telefonu
- mobil telefonu
- elektron poçt ünvanı

Şəxsin imzası ________________ Baş redaktorun imzası ________________

M.Y.

Sənədlərin təqdim olunma tarixi: "____"__________ 2014-cü il

Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə.
Əlaqə telefonları: (012) 537 19 45; (012) 537 19 41;
Elektron ünvan: [email protected] , [email protected], [email protected]
Sayt : www.kivdf.gov.az