İki qardaş bıçaqlanıb, onlardan biri ölüb Hadisə

İki qardaş bıçaqlanıb, onlardan biri ölüb

Abşeron rayonunda qətl törədilib.
Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Novxanı qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 24 yaşlı Vüqar Yusifov aralarında yaranmış münaqişə zəminində Asif Məmmədovu və onun qardaşı 26 yaşlı Vasif Məmmədovu bıçaqlayıb.
V. Məmmədov aldığı xəsarətlərdən dünyasını dəyişib. A. Məmmədov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən V. Yusifov tutulub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.