Professor Vaqif Arzumanlı dünyasını dəyişib Hadisə

Professor Vaqif Arzumanlı dünyasını dəyişib

Professor Vaqif Arzumanlı vəfat edib. Ədəbiyyat İnstitutunun elmi katibi Bədirxan Əhmədovun APA-ya verdiyi məlumata görə, V.Arzumanlı Nabranda dünyasını dəyişib.
V.Arzumanlı xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Onunla vida mərasimi bu gün keçiriləcək.
Qeyd edək ki, professor V.Arzumanlı 1947-ci ildə Quba rayonunda anadan olub. 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1969-1972-ci illərdə AMEA-nın, M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxuyub. 1973-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi işləyib, 1980-1991-ci illərdə AMEA SSRİ XDRS-da şöbə müdiri vəzifəsində çalışıb.
V.Arzumanlı 1991-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitutunun direktoru olub. 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edib. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələr üzrə direktor müşaviri idi.