“Oğuznamə yaradıcılığı” kitabı işıq üzü görüb Hadisə

“Oğuznamə yaradıcılığı” kitabı işıq üzü görüb

Tural

AMEA Folklor İnstitutu tərəfindən Əfzələddin Əsgərin "Oğuznamə yaradıcılığı" kitabı nəşr edilib. Kitabın elmi redaktoru institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), rəyçiləri prof. Məmmədəli Qıpçaq, fil.ü.f.d. Arif Acaloğludur. Monoqrafik araşdırmada Oğuznamə yaradıcılığının tarixində baş verən mühüm hadisələrin etnik proseslər və tarixi hadisələrlə əlaqəsi araşdırılır.
Nəşrdə, həmçinin Oğuznamə ifaçılığı, ifa və poetik forma, Oğuznamə mətnlərinin xüsusiyyətləri tədqiq edilir. Kitab giriş, 6 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.