Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
20 May 2019 16:37
1 715
Mayın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Türkologiya: reallıqlar, problemlər, perspektivlər” respublika elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov türkologiya elminin xüsusi əhəmiyyət kəsb etdiyini və ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını bildirib. Sonra filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova “Türkologiyanın aktual problemləri”, müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov “Türkologiyanın reallıqları və perspektivləri” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə qeyd edilib ki, türkoloji düşüncənin tarixi qədimdir. Dövlətimiz türkoloji məsələlərə böyük dəyər verir. Türkoloji fikir dövlət siyasətinin mahiyyətində dayanır. Müasir dövrümüzdə türkdilli xalqlar arasında sosial-iqtisadi, mədəni əlaqələr genişlənir, türkoloqlar tərəfindən dil sahəsindəki əlaqələrə vaxtaşırı nəzər salınır və inteqrasiyaya, ümumtürk dilləri arasında uyğunlaşmaya və özünəqayıdışa güclü diqqət yetirilir. Son illər türkdilli xalqların arasında inkişaf edən iqtisadi və siyasi-mədəni əlaqələr, mənəvi yaxınlaşma ortaq türk dili ideyasının gerçəkləşməsinə təkan verən amillərdən biridir. Türkdilli xalqlarla əlaqələri genişləndirməyi zaman tələb edir. Müasir türkologiyanın qarşısında dayanan əsas vəzifələrdən biri öz inkişaf tarixində müəyyən səbəblər ucbatından bir-birindən ayrılmış və uzaq düşmüş türk xalqlarının dillərinin oxşar və fərqli cəhətləri barədə çoxlu sayda aktual mövzuların müəyyənləşdirilməsi, milli, mədəni, siyasi və ideoloji baxımdan böyük önəm daşıyacaq bu mövzular üzərində elmi araşdırmaların aparılmasına istiqamət verilməsidir.
Sonra konfrans öz işini 3 bölmədə davam etdirib. Bölmə iclasları “Türk dillərinin fonetik, leksik, qrammatik quruluşu və müqayisəsi”, “Ortaq türk dili və əlifbası”, “Türk dillərinin tarixi və dialektləri” mövzularında müzakirələr aparılıb. İclaslarda ümumilikdə 52 məruzə dinlənilib. Konfransın yekun iclasında bölmə rəhbərlərinin hesabatları dinlənilib, müvafiq qərarlar qəbul edilib.
25 Sentyabr 18:21
1 085
25 Sentyabr 17:17
805
25 Sentyabr 17:16
763