Lavrov Qarabağa görə Astanaya gedir Hadisə

Lavrov Qarabağa görə Astanaya gedir

Ermənistanın cəbhə xəttində təxribatlarının gerçək mahiyyəti və Moskvanın "sülh şərtləri" bəlli olur

Dünən Rusiya xarici işlər naziri Sergey Lavrov Qazaxıstana səfər edib. Məlumata görə, Sergey Lavrov Qazaxıstan xarici işlər naziri Erlan İdrisovla Ust-Kamenoqorsk şəhərində görüşəcək.
Səfərdən əvvəl Rusiya mətbuatı görüşdə Dağlıq Qarabağda son günlərdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi məsələsinə də toxunulacağını ehtimal edib. Məlumatlara görə, Lavrov dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağın Avrasiya iqtisadi inteqrasiyasına heç bir dəxli yoxdur.
Lakin Avrasiya İttifaqı İnstitutunun baş direktoru Vladimir Lepexin bildirib ki, vəziyyətin sabitləşdirməsi üçün müəyyən şərtlər var: "Azərbaycan və Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü olması vacibdir. Dinc qonşuluq münasibətləri üçün Ermənistan tərəfdən Rusiya, Azərbaycan tərəfdən isə Qazaxıstan zəmanət verməlidir".
Qeyd edək ki, tanınmış analitik, Amerika Xarici Siyasət Şurasının baş əməkdaşı Veyn Meri də Ermənistan-Azərbaycan cəbhəsində baş verən son prosesləri şərh edərkən bildirib ki, Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsinin təsadüfi deyil: "Avropa və ya Rusiyanın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan prezidentlərinin görüşü planlaşdırılsa da bütün cəbhə boyunca toqquşmalar davam edir. Vəziyyətin belə kəskinləməsi öncədən görünən idi.
Əgər bütün cəbhə xətti boyunca atışma gedirsə, bu, artıq spontan hadisələr deyil, bu, artıq siyasətdir".